İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı dərhal tərk etməyi tələb edib

İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinə Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda hərbi xidmətdə olan və hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsində səfərdə olan İsrail vətəndaşlarına dərhal İsrailə qayıtmaq əmr olunub.

Bunun səbəbi kimi isə Gürcüstan və Azərbaycanın İrana yaxın olması və bu ölkələrdə İran vətəndaşlarının yaşaması, həmçinin Azərbaycanın İranla ümumi sərhədinin olması göstərilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.