Ukraynadakı Atom Elektrik Stansiyasında yanğın söndürülüb

Zaporojye Atom Elektrik Stansiyasının soyuducu qüllələrinin yerləşdiyi ərazidə baş vermiş yanğın lokallaşdırılıb.

Azpost.info bildirir ki, bu barədə Zaporojya AES-in Rusiya tərəfindən təyin olunmuş administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, daha da yanma təhlükəsi yoxdur.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb, yanğın söndürülüb.

Xatırladaq ki, gecə saatlarında Zaporojya AES-in ərazisində yanğın barədə məlumat yayılıb. Ukrayna və Rusiya baş verənlərə görə bir-birini günahlandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.