Azərbaycan klubuna əcnəbi baş məşqçi təyin olunub

Qadın həndbolçulardan ibarət “Kür” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Mingəçevir klubu bu vəzifəyə monteneqrolu Milorad Despotoviçi gətirib. Onunla 1 illik müqavilə imzalanıb.

M.Despotoviç bundan əvvəl ölkəsinin “Ulsin” kollektivində işləyib.

Bölgə təmsilçisini ötən mövsüm Fuad Yanqildin çalışdırıb. O, yeni mövsümdə komandada məşqçi və direktor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq “Kür” Yunanıstanın OFN komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları oktyabrın 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.