Fiziki məhdudiyyətli şəxslərlə bağlı layihə yekunlaşıb-FOTOLAR

“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” adlı layihəsinin tədbirləri yekunlaşıb.

Artıq layihənin  dördüncü  və  sonuncu  tədbiri  həyata keçirilib. Yekun tədbir Bakı şəhərinin gözəl açıq hava məkanlarının  birində 11.08.2024-cü il tarixində  baş tutub. Layihənin  məqsədi  əlilliyi olan və  yaş məhdudiyyəti olmayan fiziki  məhdud şəxlərin vaxtlarının səmərəli  və əyləncəli  keçirmələrinə imkan yaratmaq idi.

İştirakçılar açıq havada  film  izləyib, musiqi dinləyib, rəqs ediblər. Layihə iştirakçılar arasında böyük sevinc hissi ilə qarşılanıb.

“GÜLSAM” ƏRİB adından fiziki məhdudiyyətli şəxslər üçün bu şəariti yaratdığına görə Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin təşəkkürümüzü bildiririk.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.