Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hərəkətdə olan “Hyundai”markalı yük maşını ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınının sürücüsü, Tovuz rayonu Alakol kənd sakini Şakir Abbasov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır(apa).