“Neftçi” – “Sabah” oyununun yeri yenə dəyişdirildi

Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək görüşün yeri yenidən dəyişdirilib.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı  xəbər verir ki, “Zirə” “Liv Bona Dea Arena”nın ot örtüyünün UEFA Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə “Neftçi”yə müraciət edib.

“Sabah”ın məlumatlandırılması və PFL-in yekun qərarı ilə matç əvvəlcədən elan olduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 18-də saat 20:30-da start götürəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.