Rusiyada azərbaycanlı hüquqşünasa qarşı ittiham irəli sürülüb

Rusiyada azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

Paşayaev cinayət işi üzrə istintaqla əməkdaşlıqdan imtina edib.

İstintaqın keçmiş vəkilin işi üzrə üç şahidi dindirdiyi bildirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur.

Qeyd edək ki, Paşayev ötən ay saxlanılıb. Rusiya İstintaq Komitəsi onun blogerlər Aleksey və Yelena Blinovskilərə qarşı 46 milyon rubl dəyərində dələduzluq etməkdə şübhəli bilindiyini açıqlayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.