Bakı-Quba yolunda ağır qəza- Ölənlər var

Bakı-Quba yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən ikinci şəxsin kimliyi məlum olub.

Ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.

Xatırladaq ki, Yaşma qəsəbəsində “BMW X5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.

Qəza nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

***

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri Sumqayıt şəhər xəstəxanasında ölüb.

Qəzaya uğrayan avtomobilin sürücü 1975-ci il təvəllüdlü Salamov Rövşən Abdulla oğlu isə hadisə yerində ölmüşdü.

Əlavə məlumat veriləcək.

***

Bakı-Quba yolunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan “BMW X5” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb (şəxsiyyəti dəqiqləşdirilir), 3 nəfər isə yaralanıb.

Hadisənin səbəbi araşdırılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.