İsrailin hücumu zamanı İranda iki hərbçi həlak olub

Şənbə günü gecə İsrailin cavab zərbə nəticəsində İran ordusunun iki əsgəri həlak olub.

Bu barədə “Tasnim” agentliyi İran ordusundakı mənbələrə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, ordu İranın təhlükəsizliyini qorumaq naminə iki döyüşçüsünü qurban verib.

İsrail ordusu yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, İrana hücum yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.