Rusiyanın aktivlərindən gələn gəlirdən Kiyevə 20 milyardlıq kredit ayrılacaq- SALLİVAN

Kiyev üçün 20 milyard dollar məbləğində kredit təsdiqlənib.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakla görüşündə deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın suveren aktivlərindən əldə edilən gəlirlə təmin ediləcək.

“The Guardian” yazır ki, Birləşmiş Ştatlar Moskvanın hərbi əməliyyatları davam etdirmək imkanını yeni anti-Rusiya sanksiyaları ilə çətinləşdirməyə və Ukrayna hakimiyyətinin danışıqlarda mövqeyini gücləndirməyə ümid edir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.