Təyyarə bələdçisi Hökümənin və digər ekipaj üzvlərinin meyiti tapıldı

Aktauda təyyarə qəzasında həlak olanlardan 7 nəfərinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, həlak olan 38 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir.

Şəxsiyyəti müəyyənləşdirilənlər arasındahHəlak olanlar arasında ekipaj üzvləri – pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva da var.

Qeyd edək ki, stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.

Qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyasının 306 nəfər şəxsi heyəti, 101 ədəd texnikası, iki ədəd hava gəmisi, 6 kinoloji qrupu və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.