Məşhur “Evdə tək” filminin çəkildiyi  ev 5 milyon dollara satılıb

Məşhur “Evdə tək” filminin çəkildiyi  malikanə Milad bayramı ərəfəsində 5,25 milyon dollara satılıb.

Azpost.info bildirir ki, ev Çikaqonun ətrafında yerləşir. Bu ilin may ayında satışa çıxarılıb. Əvvəllər malikanə 2012-ci ildə 1,58 milyon dollara satılmışdı. Evin yeni sahiblər evdə geniş mtəmir apararaq  yenidən qurublar.

Nəticədə burada böyük qış bağı, kinozal və basketbol meydançası yaranıb. Kult filminin baş qəhrəmanının xizəklə endiyi ikinci mərtəbəyə əsas pilləkən də yenidən qurulub.

Filmdə baş rolu oynamış Makley Kalkin Amerika mediasına müsahibəsində bildirib ki, o, malikanəni attraksiona çevirmək üçün alacaq. Aktyorun ideyasına görə, komediya həvəskarları bura gəlib filmdən səhnələri canlandıra bilərdilər. Lakin sonradan məşğul olduğunu əsas gətirərək bu ideyadan vaz keçib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.