“Kinoya təsadüfən gəlmişəm…” –Xalq artisti Hacı İsmayılov /VİDEO

Hacı İsmayılov
Hacı İsmayılov

Hacı İsmayılov –  “Kinoya təsadüfən gəlmişəm…” –

Xalq artisti Hacı İsmayılovun 81 yaşı tamam olub.

AzPost bildirir ki, sevimli aktyorumuz  “Kino və mən” adlı layihədə özü və səənti barədə danışıb.

Müsahibəyə linkə daxil olmaqla baxa bilərsiniz:

 

Hacı İsmayılov kimdir?

Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakı şəhərində anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Hacı İsmayılov Sumqayıt Dövlət Dram Teatrına dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil olub. Bu teatrda M.F. Axundovun «Müsyö Jordan və dərviş Məstəri şah» komediyasında dərviş Məstəri şah rolunu ifa edib. Bundan sonra C. Patrikin «Qəribə missis Slvic» dramında Ceffi, A. Papayanın «Bəli, dünya dəyişib» komediyasında Səməndər, C.Cabbarlının «Sevil» pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.

1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin «Xəyyam» faciəsindəki İkinci qulam rolu ona tapşırılıb.

Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb. Həmin rolların siyahısı:

Aktyor «Azərbaycanfilm» kinostudiyasında ilk dəfə «Ad günü» filimində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı lauratı adına layiq görülüb (1980). Bundan sonra «Bağlı qapı arxasında» (Alik), «Yol hadisəsi»(Mürşüd), «Ölsəm, bağışla » (Tağı), «Fəryad» (Rövşən), «Bəyin oğurlanması» (Tağı), «Özgə həyat» (Qasımov), «Həm ticarət, həm ziyarət» (Mustafa müəllim) filmlərində müxtəlif xarakterli rollara çəkilib.

Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu əsərlərdə iştirak edib. Onların arasında V.Səmədoğlunun «Yaşıl eynəkli adam» (Qafar), M.Süleymanlının «Fatehlərin divanı» (Qazi), Ü.Hacıbəyovun «Ordan- burdan» (Qoçu Gülbala), İ.Əfəndiyevin «Atayevlər ailəsində» (Xuruşid), A.Məmmədovun «Kişilər» (Səməndər), A.Babayevin «Nekroloq» (Fərəc) və s. tamaşalarda dramatik və tipik obrazlar yaratmışdır.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 19 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.