“Azercell Telekom”dan narazılıqlar artır- Açıq hörmətsizlik edirlər

Azercell Telekom
Azercell Telekom

“Azercell Telekom”la bağlı şikayətlər artmaqda davam edir. Abunəçilər “Azercell”in onlara qarşı açıq hörmətsizlik etdiyini düşünür.

Tribunainfo.az xəbər verir ki, bu dəfə də abunəçi İlyas Mustafayev üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirirb. O bildirib ki, “Azercell” nömrəni heç bir xəbərdarlıq etmədən tarifə qoşub vəsait silir:

“Əlaqə saxladıqda isə kütləvi informasiya vasitələrindən bu barədə məlumat verildiyini deyirlər. Adama deyərlər, insanlar sənin şirkətinə abunədir, niyə abunçilərinə özün sms xəbərdarlıq yollamırsan. Gündə mənasız mesajları göndərməkdənsə xəbərdarlıq sms-i göndər! Sizin kimi müştərisinə hörmət etməyən qurumların müştərilərə zəng edib yalvaracağı günlər uzaq deyil”.

Xatırladaq ki, son günlər “Azercell Telekom”la bağlı bu kimi şikayətlər həddən artıq çoxalıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.