ADY-də yeni təyinat olub

Fərid Hüseynov
Fərid Hüseynov

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub. ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.

Bu barədə ADY-dən bildirilib.

Fərid Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes təşkili və idarə edilməsi ixtisası” üzrə magistr təhsili alıb.

2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.

2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.

ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.