Türkiyədə işsizlərin sayı azalır

Türkiyədə işsizlik mart ayı ilə müqayisədə 0,3 faiz azalaraq 7,9 faizə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Türkiyə Statistika Qurumu məlumat yayıb.

Hesablamalara əsasən, ölkə üzrə 15 və daha yuxarı yaş qrupunda olan işsizlərin sayı əvvəlki aya nisbətən martda 65 min nəfər azalaraq 2 milyon 807 min nəfərə enib. Bu, 2005-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir və göstəricilər son 20 ildə ilk dəfə 8 faizdən aşağı düşüb.

Qardaş ölkədə əhalinin işsizlik nisbəti kişilər arasında 6,5 faiz, qadınlarda isə 10,6 faizdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.