“Ölkəni və dünyanı idarə edirəm, əyləncəlidir” –Trampdan açıqlama

ABŞ prezidenti Donald Tramp ikinci müddətində dövlət başçısı olaraq ölkəni və dünyanı idarə etdiyini bəyan edib.

AzPost bildirir ki, Amerika lideri bu barədə “The Atlantic” nəşrinə müsahibəsində bildirib.

İlk prezidentlik müddətinin ikinci müddətindən nə ilə fərqləndiyi ilə bağlı suala cavab verən Tramp  deyib ki, birinci dəfə iki şey etməli idi: Ölkəni idarə etmək və Ağ Ev administrasiyasında olan “satqınların” arasında sağ qalmaq.

“İkinci dəfə mən ölkəni və dünyanı idarə edirəm. Əylənirəm” – deyən Tramp bunun çox əyləncəli olduğunu vurğulayıb.

“Bilirsiniz, mənim gördüyüm iş çox ciddi məsələdir” deyə Amerika liderivurğulayıb.

Məqalə müəlliflərinin sözlərinə görə, Tramp vəzifədə olduğu ilk yüz gününün necə keçməsindən məmnundur.

Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, o, ABŞ prezidenti olmasa, ölkəni məyusedici gələcək gözləyə bilər.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.