İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq- Tramp

Tramp
Tramp

ABŞ Prezidenti Donald Tramp İran neftinin və neft-kimya məhsullarının alqı-satqısının dərhal dayandırılması çağırışı ilə çıxış edib.

Ağ Ev rəhəbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“İranın nefti və neft-kimya məhsullarının bütün alqı-satqısı dərhal dayandırılmalıdır! Hər hansı bir ölkə və ya şəxs İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alarsa, dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq”, – Tramp bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.