Xocavənddə tövləni fermerə 700 manata icarəyə veriblər –"Elə bil "Torqovı"da obyekt qiymətidir"

Azad olunmuş torpaqlarda fəaliyyət göstrən fermer Mirmehdi İbişov icarə qiymətlərindən narazılıq edib. 

AzPost bildirir ki, fermer Xocavənd rayonu ərazisində qoyun saxlamaq üçün ona verilmiş tövlənin icarə haqqnı ödəməkdə çətinlik çəkir.

Fermerin sözlərinə görə, Ağdam,Xocavənd və Füzuli rayonları üzrə təmir-bərpa üzrə publik hüquqi şəxslə bağladığı icarə müqaviəsi əsasında qoyun saxlamaq üçün tövlə götürüb.

“Fərdi sahibkaram. Kənd təsərrüfatının qoyunçuluq sahəsi üzrə fəaliyyət göstərirəm. Təsərrüfatımda 197 baş qoyun, quzu var. Bu ilin mart ayından işğaldan azad olunmuş Xocavənd rayonu ərazisindən icarəyə tövlə götürmüşəm. Tövlənin kvadrat metrin aylıq 1 manatdan(700 m) icarəyə veriblər. Təsərrüfatın digər xərclərində nəzərə alsaq aylıq 2000 manat xərcim çıxır. Bu xərc xırda sahibkarı müflis etmək deməkdir. Ayda 700 m ödəniş elə bil “Tarqovı”da obyekt icarəsidir”-deyə fermer bildirib.

O deyib ki, Qarabağı dirçəltmək, didərgin düşmüş insanlarımızla doğma yurd yerlərimizə həyat gətirmək istəyirik. Ancaq bu qiymətlərlə biz müflis olmağa məhkumuq. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştlər edilməlidir.

Fermer icarə haqlarına yenidən baxılmasını istəyir.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.