Hüquq müdafiəçisi Oqtay Gülalyevlə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
AzPost bildirir ki, görüntülərdə yataqda uzanmış halda olan O. Gülalıyevin çağırşa reaksiyası əks olunub.
O. Gülalıyevi 2019-cu ilin oktyabrın 29-da yolu keçən zaman avtomobil vurub. Daha sonra Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, Türkiyədə müalicəyə göndərilib.
Hazırda müalicədə olan O. Gülalıyev Bakıda evində xəstə yatır.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin mediaya son açıqlamasında deyib ki, atasının səhhətində hələ ki kəskin dəyişiklik yoxdur. Hazırda reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyac var.
O bildirib ki, reabilitasiya və dərmanlarla bağlı müraciət etsələr də, xeyli müddətdir, cavab ala bilməyiblər: “Sonuncu dəfə gecə növbəsi üçün tibb bacısı təşkil olunması ilə bağlı müraciət etmişdik. TƏBİB və Səhiyyə Nazirliyi bunun mümkün olmadığını, tibb müəssisələrində bizim müraciətimizə uyğun şəraitin də olmadığını bildirdi”.