13 yaşlı yeniyetmənin təsadüfi kəşfi gündəm oldu

ABŞ-nin Tennessi ştatında yerləşən Kreyqhed mağara sistemində yerləşən yeraltı su hövzəsi artıq Şimali Amerikanın ən böyük yeraltı gölü kimi tanınıb.

Milli.Az xəbər verir ki, maraqlısı budur ki, bu təbii möcüzə 1905-ci ildə sadə bir oyun zamanı, cəmi 13 yaşlı Ben Sends tərəfindən kəşf edilib.

O dövrdə Suetvoter və Medisonvill şəhərləri arasında yerləşən mağaralarda oynayan Ben tədqiq olunmamış dar bir dəlik aşkar edib. Təxminən velosiped təkəri ölçüsündə və 12 metr uzunluğunda olan bu tuneldən sürünərək keçən yeniyetmə, sonda dizədək su ilə dolu naməlum bir gölə çıxıb.

İllər ərzində aparılan arxeoloji qazıntılar nəticəsində mağara sistemində keramika məmulatları, bəzək əşyaları, ox ucluqları və digər qədim artefaktlar da tapılıb. Mağaradakı ən diqqətçəkən məkanlardan biri isə “Şura otağı” adlandırılan, girişdən təxminən bir kilometr məsafədə yerləşən geniş və səs-küyü əks etdirən təbii zaldır.

Hazırda Kreyqhed mağarası turistlər üçün açıqdır və hər il 150 mindən çox ziyarətçi bu qeyri-adi məkana baş çəkir. Yeraltı gölün səthi hissəsi artıq xəritələşdirilib. 243 metr uzunluğa və 67 metr enə malik olan bu hissə yalnız başlanğıcdır. Su altına enən keçidlər və zallar hələ tam araşdırılmayıb.

Peşəkar dalğıclar bu günədək gölün 5,2 hektardan çox sahəsini tədqiq edə biliblər, lakin gölün sonuna çatmaq hələ mümkün olmayıb. ABŞ hökuməti bu möhtəşəm təbii abidəni milli təbiət irsi kimi tanıyaraq xüsusi mühafizə statusu verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.