İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya araşdırması çərçivəsində vəzifəsindən uzaqlaşdırılan bələdiyyə sədri Ekrem İmamoğlunun uzun müddət axtarılan mobil telefonu tapılıb.
Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.
İstanbul Baş Prokurorluğunda İmamoğlu ilə birlikdə bir neçə şəxs barəsində “cinayətkar təşkilat yaratmaq və ya ona üzv olmaq”, “rüşvət”, “vəzifədən sui-istifadə”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə olunması” və “tenderlərə müdaxilə” kimi ağır ittihamlar irəli sürülüb.
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətlərə qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı telefona mənzildə keçirilən axtarış zamanı rast gəlinib.
Telefonun hazırda polis tərəfindən ekspertiza üçün araşdırıldığı bildirilir.