Umico-da 2 ay bitməyən “72 saat” vədi- Kredit gedir, məhsul yoxdur

Umico
Umico

Azərbaycanda məşhur onlayn alış-veriş platforması Umico Market müştəri narazılığı ilə gündəmdədir. AzPost bildirir ki, alıcııardan biri iki aydır sifariş etdiyi məhsulu ala bilmədiyini bildirib. İddiasına görə, hər dəfə ona “72 saat ərzində məhsul gələcək” deyilib, amma nə məhsul var, nə də konkret həll.

“İki aydır kredit ödəyirəm, məhsul isə ortalıqda yoxdur. Umico-nun 915 nömrəsinə dəfələrlə zəng etdim, nəticə yoxdur. Telefonumda danışıq balansı da qurtardı”, — deyə müştəri sosial şəbəkədə paylaşım edib.

Umico isə şikayətə standart formada reaksiya verib: “Sifariş nömrənizi göndərin, araşdırma aparaq”.

Müştəri isə artıq məhsuldan və sifarişdən imtina etdiyini, kreditinin də bağlanmasını tələb etdiyini açıqlayıb. Umico-dan rəsmi mövqe olarsa yazı yenilənəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.