Azərbaycan və Ermənistanın siyasi partiya rəhbərləri görüşüb-VİDEO

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının görüşü keçirilib.

Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Cəbhə partiyasının sədri Razi Nurullayev iştirak edib.

Ermənistanı isə “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan və hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan təmsil edib.

Görüşü Avstriya Milli Müdafiə Akademiyasında “International Center for European Union Research”ün (Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilib.

https://youtu.be/HG_333xbYPI

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.