Bir neçə dəqiqə əvvəl ABŞ -ın iki KC-46A Pegasus yanacaqdaşıyan təyyarəsi Havay adalarına gəlib.
AzPost bildirir ki, Britaniyanın hava tankeri də Avstraliyanın şimalındakı Darvin aviabazasına eniş edib.
Baş verənlər açıq şəkildə göstərir ki, ABŞ Hind-Sakit Okean əməliyyat rayonuna və Yaxın Şərq bölgəsinə ağır qurğular yerləşdirməyə hazırlaşır.
ABŞ çox güman ki, İrana zərbə vurmaq üçün yenidən B-2A Spirit strateji bombardmançılarını Hind okeanındakı Dieqo Qarsiya aviabazasına yerləşdirəcək.