Putin: Əgər Zelenski danışıqlar istəyirsə, qoy Moskvaya gəlsin

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenski ilə görüşü heç vaxt istisna etməyib, lakin bunun məqsədəuyğunluğuna şübhə edir.

“Report” xəbər verir ki, o, bunu Pekində keçirdiyi mətbuat konfransında bildirib.

“Cənab Zelenski ilə görüşə gəlincə, mən heç vaxt bu görüşün mümkünlüyünü istisna etməmişəm. Bunun bir mənası varmı?”, – o bildirib.

Putin onu da deyib ki, əgər Ukrayna Prezidenti danışıqlar istəyirsə, “qoy Moskvaya gəlsin, görüşümüz orada baş tutacaq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.