Macarıstanın Baş naziri Viktor Orban ABŞ-da səfərdədir.
AzPost bildirir ki, ABŞ prezidenti Tramp və Macarıstanın Baş naziri Ağ Evdə üzbəüz danışıqlardan əvvəl jurnalistlərlə danışıblar. Amerika lideri bildirib ki, ticarət, Rusiya nefti və Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə edəcəklər.
Trampın sözlərinə görə, Macarıstan üçün Rusiya enerji təchizatından imtina etmək digər Avropa ölkələrinə nisbətən daha çətindir. ABŞ Macarıstana sanksiyalardan azadolma imkanı vermək imkanını araşdırır.
“Biz buna baxırıq, çünki onların digər bölgələrdən neft və qaz əldə etməsi çox çətindir. Bildiyiniz kimi, onların dənizə çıxışı yoxdur. Onlar əla ölkədirlər, böyük ölkədirlər, amma dənizləri yoxdur. Onların limanları yoxdur. Deməli, bu, ciddi problemdir”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin Putinlə sammitin hələ baş tutmamasının səbəbi kimi Ukraynada davam edən döyüşləri göstərib. Lakin prezident müharibənin tezliklə bitəcəyinə əminlik verib.