Çində investisiya şirkətinin sabiq rəhbəri rüşvətə görə edam edilib

Çində məhkəmənin qərarı əsasında “China Huarong International Holding” şirkətinin keçmiş baş direktoru Bay Tyanhuey 9 dekabrda edam edilib. O, külli miqdarda – 1,108 milyard yuandan (təxminən 156 milyon dollar) çox rüşvət almaqda günahkar bilinib.

Məhkəmə müəyyən edib ki, o, 2014-2018-ci illər arasında China Huarong daxilindəki vəzifəsindən istifadə edərək 1,108 milyard yuandan çox rüşvət alıb.

2024-cü ilin may ayında Bay Tyanhuey xüsusilə böyük miqdarda rüşvət aldığına görə edam cəzasına məhkum edilib. O, həmçinin ömürlük siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib.

2025-ci ilin fevral ayında məhkəmə onun apelyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.