bp‑nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı III Çarlz tərəfindən
“Officer of the Most Excellent Order of the British Empire” (OBE) adına layiq görülüb.
Azpost.info-nun məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
B. Aslanbəyli Böyük Britaniya–Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif edilib.
O, Britaniyanın nufuzulu dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.