Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edildi

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

Bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

Reys Bakıdan qalxma Naxçıvandan qalxma
J2 2251 / 2252 18:00 20:00
J2 2253 / 2254 19:00 21:00
J2 2255 / 2256 20:00 22:00
J2 2257 / 2258 21:00 23:00

Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

“AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar”, – AZAL-dan bildirilib.

Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.