“Deyirlər Qarabağ bizimdir – bu, yalandır” –Paşinyan rəqiblərinə "od püskürdü"

“Uzun illərdir ki, Ermənistan onu real dövlətçilikdən məhrum edən, ölkəni ərazi mübahisələrinin girovuna çevirən bir yola yönəldilib“.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinin Kornidzor şəhərində keçirilən Vətəndaş Müqaviləsi Partiyasının seçki kampaniyası zamanı çıxışında deyib.

Paşinyan ölkənin ilk prezidentindən başlayaraq bütün siyasi irsini sərt tənqid edərək qeyd edib ki, yalnız 2018-ci ildən sonra respublika vətəndaşları öz torpaqlarının əsl sahibi olub və səs vermək hüququ qazanıblar.

Ermənistanın baş naziri Ermənistanın ilk prezidentinin roluna xüsusi diqqət yetirib və onun siyasətinin əvvəldən qüsurlu olduğunu vurğulayıb. “Hələ də ilk prezident adlandırdığımız Levon Ter-Petrosyan Ermənistan Respublikasını tələyə saldı ki, bizim dövlət olmaq şansımız olmasın”, – deyə baş nazir bildirib. O əlavə edib ki, hazırkı siyasi rəqiblər məhz mövcud hökumət ölkəni bu tarixi tələdən çıxara bildiyinə görə qəzəblə “partlayırlar”.

Paşinyan Qarabağla bağlı da danışıb. O, deyib ki, həmin torpaqlarda heç bir məktəb, uşaq bağçası və ya fabrik tikilməyib. Qarabağa “sahib olmaq” ideyası yalnız Ermənistanı suverenliyindən məhrum etmək üçün istifadə edilib. “Deyirlər ki, Qarabağ bizimdir – bu, yalandır, artıq bizim deyil. Əslində, Ermənistan əvvəllər bizim deyildi, amma indi bizimdir, çünki siz Ermənistan Respublikasının sahibisiniz”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, dövlətin əsl qələbəsi büdcə vəsaitlərinin indi oğurlanmaq əvəzinə, vətəndaşların ehtiyaclarına xərclənməsidir.

Baş nazir həmçinin hakimiyyətə qayıtmaq istəyən qüvvələrə müraciət edərək onları seçiciləri rüşvətlə ələ keçirmək və ya güc tətbiq etmək cəhdlərindən çəkinməyə çağırıb. O, ölkənin taleyinin “qruplar” tərəfindən həll edildiyi dövrlərin geridə qaldığını və bu gün yeganə həlledici amilin vətəndaş olduğunu bildirib. “Sən kimsən ki, kimin baş nazir olacağına qərar verirsən? Ermənistan vətəndaşını 5000 dram qarşılığında satın ala biləcəyini düşünən hər kəsin üzünə şapalaq dəyər”, – deyə Nikol Paşinyan ölkədəki mövcud vəziyyəti hər kəsin xalqın əsl gücünü görəcəyi həqiqət anı adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.