Rusiya Ukraynaya genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
“RBK-Ukraine”nin xəbərinə görə, hücumlar nəticəsində ölənlər və yaralananlar var, bir sıra bölgələrdə dağıntılar və elektrik enerjisi problemləri qeydə alınıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində 8 nəfər ölüb, daha 11 nəfər yaralanıb.