SSRİ-nin sabiq XİN başçısının nəvəsi Putinə etiraz etdi, özünü öldürdü

Rusiyada tanınmış hüquq müdafiəçisi Nina Litvinova intihar edib.

Azpost.info bildirir ki, o, intihardan əvvəl yazdığı məktubda bu addımı Ukraynadakı müharibəyə etiraz və siyasi məhbuslara kömək edə bilməməsi ilə izah edb.

Qeyddən bir parça onun əmisi qızı, jurnalist Mariya Slonim tərəfindən dərc olunub.
“Mən getməliyəm; həyat dözülməzdir. Putin Ukraynaya hücum edəndən əri günahsız insanları öldürür, Rusiyada minlərlə insanı həbs edir. Çünki onlar mənim kimi müharibəyə və qətllərə qarşıdırlar. Mən onlara kömək etməyə çalışdım, amma gücüm tükənib və gecə-gündüz acizlikdən əziyyət çəkirəm. Utanıram, amma təslim oldum. Xahiş edirəm məni bağışlayın”, – deyə Litvinova yazıb.

Slonim qeyd edib ki, rəsmi media qurumları olan RIA Novosti və Gazeta.ru onun əmisi qızının intiharı barədə məlumat yayıb. Onlar həmçinin hüquq müdafiəçisinin intihar qeydi qoyduğunu bildirib, lakin onun məzmununu dərc etməyiblər.

Nina Litvinova kim idi?

İnsan haqları fəalı SSRİ-nin Xarici İşlər üzrə xalq komissarı Maksim Litvinovun nəvəsidir. O, 25 avqust 1968-ci ildə Qırmızı Meydanda Çexoslovakiyanın işğalına qarşı keçirilən nümayişdə iştirak edən Pavel Litvinovun bacısıdır.

Memorial nekroloqunda yazır ki, o, 1960-cı illərdən bəri insan haqları fəalı siyasi məhbuslara kömək edir. Sovet illərində o, gizli ədəbiyyat oxuyub paylayır, məhkəmələrdə iştirak edir, qardaşını və sürgündə olan digər dissidentləri ziyarət edir, məktublar, kitablar və bağlamalar daşıyırdı. Son səkkiz il ərzində Litvinova tarixçi Yuri Dmitriyevin məhkəmələri üçün Petrozavodska gedib, Memorialın həmsədri Oleq Orlov və direktor Yevgeniya Berkoviçin işləri üzrə dinləmələrdə iştirak edib və bir çox naməlum siyasi məhbusa kömək edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.