İsmayıllı-Lahıc yolu sürüşmə səbəbindən yenə bağlandı

İsmayıllıda sürüşmə olub, yol bağlanıb.

İsmayıllı-Lahıc yolu sürüşmə səbəbindən yenə bağlanıb.

Yolda baş verən torpaq sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb. Sürüşmə Lahıc və Namazgah kəndləri arasındakı hissədə qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, sürüşmədən sonra dağdan qopan iri qaya parçaları və torpaq kütləsi yolun hərəkət hissəsinə tökülərək nəqliyyatın hər iki istiqamətdə hərəkətini mümkünsüz edib.

Əraziyə yol idarəsinin xüsusi texnikası cəlb olunub.

Hazırda yolun qaya və torpaq qatından təmizlənməsi, həmçinin hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. /APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.