WUF13-də iştirak üçün 40 000 nəfər qeydiyyatdan keçib

Bu günə olan məlumata görə, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.

APA xəbər verir ki, bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, tədbirə maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.

Forum çərçivəsində şəhər planlaşdırılması, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə və şəhərlərin gələcək inkişaf modelləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bakı dünyanı qarşılamağa hazırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.