Dünyada edamların sayı son 44 ilin maksimumuna çatdı

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının illik hesabatına əsasən, dünyada ölüm hökmlərinin icra sayı kəskin artaraq son 44 ilin maksimum səviyyəsinə çatıb.

AzPost xəbər verir ki, 2025-ci ildə 17 dövlətdə rəsmi olaraq 2707 edam hadisəsi qeydə alınıb ki, bu da əvvəlki ilin göstəricisindən 5% çoxdur. Təşkilat vurğulayır ki, bu, 1981-ci ildən bəri sənədləşdirilmiş ən yüksək səviyyədir, bununla belə real rəqəmlər, çox gümanki, əhəmiyyətli dərəcədə daha çoxdur.

“Amnesty International” ekspertlərinin fikrincə, icra olunan ölüm hökmlərinin sayına görə Çin liderliyini qoruyub saxlayır. Lakin dəqiq miqyas məlum deyil, çünki bu ölkədə sözügedən məlumatlar məxfi saxlanılır. Elə bu səbəbdən də Çin və Şimali Koreyadakı minlərlə ehtimal edilən edam faktı ümumi statistikaya daxil edilməyib.

Ən böyük artım İranda qeydə alınıb, burada edamların sayı 2159-u ötüb ki, bu da 2024-cü illə müqayisədə iki dəfədən çoxdur. Səudiyyə Ərəbistanı, narkotik cinayətlərinə görə bu cəza tədbirini aktiv şəkildə tətbiq edərək, edamların sayını ən azı 356-ya çatdırıb. Həmçinin Küveyt (6-dan 17-yə), Misir (13-dən 23-ə), Sinqapur (9-dan 17-yə) və ABŞ-da (25-dən 47-yə) ciddi artım qeydə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.