Məşhur müğənni Lev Leşşenko koronavirusa yoluxmayıbmış –Üzr istədi

Bir neçə gün əvvəl koronavirusa görə xəstəxanaya yerləşdirilən rusiyalı məşhur müğənni Lev Leşşenko xəstəxanadan evə buraxılıb.

Son analizlərinin cavabı mənfi çıxan 78 yaşlı sənətçinin ümumiyyətlə koronavirusa yoluxmadığı məlum olub.

Bu barədə sosial şəbəkədə məlumat verən Lev onun üçün narahat olan hər kəsdən üzr istəyib:

“Mən və həyat yoldaşımın sonuncu test təhlilləri mənfi çıxdı. Bizdə koronavirus yoxdur. Ağciyərimdə ciddi iltihablama prosesi var idi. Hazırda yayılan 5-6 növ virusdan birinə yoluxmuşdum. Amma tam olaraq hansı olduğunu müəyyən edə bilmədilər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir