“”Virus yoxdur” deyənlərə qarşı ciddi cəza tədbirləri görülməlidir”-Siyavuş Novruzov

“Koronavirus çox ciddi məsələdir. Bu məsələnin özü milli təhlükəsizlik məsələsidir. Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq”.

Bunu İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihənin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov bildirib.

“Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın. Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır. Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir