Abramoviç 400 milyonluq şirkətini 1 funt sterlinqə satır

Rusiyalı oliqarx Roman Abramoviç Britaniya telekommunikasiya qrupu “Truphone”u iki avropalı sahibkara 1 funt sterlinqə satır.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Britaniya və Avropa İttifaqı rusiyalı milyarderə qarşı sanksiyalar tətbiq edəndən sonra “Truphone” şirkətin aktivlərinin satışına rəhbərlik etmək üçün restrukturizasiya üzrə mütəxəssis təyin edib.

Şirkət 2020-ci ildə 410 milyon funt sterlinq dəyərində qiymətləndirilib və Abramoviçdən, həmçinin onun iki rus biznes tərəfdaşı Aleksandr Abramov və Aleksandr Frolovdan 300 milyon funt sterlinqdən çox investisiya alıb.

Abramoviç səhmlərin 23 faizinə, Abramov və Frolov isə qalan səhmlərə sahibdirlər. Telekommunikasiya qrupu təhlükəsiz şəbəkə istəyən korporativ müştərilərlə, xüsusən də banklarla işləyir. O, həmçinin “Apple” kimi bir sıra texnologiya şirkətləri üçün quraşdırılmış SİM kartlar təqdim edir. Sövdələşmə başa çatdıqdan sonra şirkətin 90 faizi alman sahibkar Hakan Koça məxsus olacaq. Onun biznes ortağı Pirros Koussios “Truphone”un 10 faizini alacaq.

Azpost.info

Əvvəlki məqalə

“İtirdiyimiz 22 milyardı Asiya bazarından çıxaracağıq” –

Sonrakı məqalə

Azərbaycanda COVID-19-a 13 yeni yoluxma qeydə alınıb