ABŞ ən çox hansı ölkələrin sakinlərinə “qrin kart” verib?- RƏQƏMLƏR

2023-cü ildə ruslar rekord sayda “qrin kart” alıblar.

Azpost.info xəbər verir ki, 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək davam edən maliyyə ilində ABŞ hakimiyyəti ruslara 12 790 “qrin kart” verib.

Əvvəlki rekord 2016-cı ildə qeydə alınıb – o zaman 9774 rusiyalı qrin kart sahibi olub.

Ən çox “qrin kart” ABŞ-ın qonşusu olan Meksikanın sakinlərinə verilib – 179 830. “İlk beşlik”də Hindistan (76 020), Kuba (74 040), Dominikan Respublikası (66 450) və Çin (58 820) var. Üümumilikdə, 2023-cü ildə 1,173,640 əcnəbi yaşıl kart alıb. Bu, 2016-cı ildən bəri rekord göstərici sayılır.

Ukrayna sakinləri 2023-cü ildə 11 210 “qrin kart” (2022-ci ildə 11 719 idi), Qazaxıstan sakinləri isə 2 610 (2022-ci ildə 1 637) “qrin kart” alıblar.

Bu rəqəmlər “Second Wind” immiqrasiya şirkətinin ABŞ Daxili Təhlükəsizlik Departamentinin və digər müvafiq departamentlərin məlumatlarına əsaslanır.

Azpost.info

 

Əvvəlki məqalə

TikTok canlı yayımlardan pul qazanmaq üçün yeni qaydalar təqdim edib

Sonrakı məqalə

Sabah hava necə olacaq?