ABŞ Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini alqışlayır

22 Noyabr 2019 - 18:06

ABŞ Azərbaycan və Ermənistan arasında jurnalistlərin qarşılıqlı səfərlərini alqışlayıb.

Bu barədə ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəliyinin “Twitter” səhifəsində bildirilib.

“ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu yaxınlarda başa çatmış Azərbaycan və Ermənistan arasında jurnalistlərin mübadiləsini alqışlayır. Bu kimi tədbirlər xalqları sülhə hazırlayır və gərginliyi azaldır”, – deyə məlumatda qeyd olunub.(APA)