Noyabrın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səməd Seyidov Azərbaycan və ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb.