ABŞ Çinin 5 şirkətini qara siyahıya saldı- Rusiya ilə əməkdaşlığa görə (SİYAHI)

ABŞ Çinin “Connec Electronics”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronics” və “World Jetta Logistics” şirkətlərinə sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu şirkətlər Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl və sonra Rusiya ordusu ilə əməkdaşlıq ediblər. Bu da onların “qara siyahıya” salınması üçün əsas olub.

Şirkətlərə ABŞ-dan malların, eləcə də Amerikanın iştirakı ilə və ya texnologiyalarından istifadə ilə digər ölkələrdə istehsal olunan məhsulların alınmasına məhdudiyyətlər tətbiq edilir.

“Belə bir tədbir bütün dünya üzrə fiziki şəxslərə və qurumlara açıq siqnaldır ki, əgər onlar Rusiyaya dəstək vermək istəsələr, ABŞ onları dayandıracaq”, – “Financial Times” ticarət katibinin müavini Alan Estevezdən sitat gətirib.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan və Türkmənistan prezidentləri Aşqabadda görüşüb

Sonrakı məqalə

NATO-nun sammitində qonaqlara “rus salatı” təklif edilib