Amerikanın “Spirit Airlines” aviaşirkəti altı yaşlı uşağı səhvən başqa şəhərə göndərib.
Azpost.info bildirir ki, bu barədə Wink News portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kasper adlı oğlan ilk dəfə təyyarədə səyahət edirmiş. Onun valideynləri təyyarədə uşaqları müşayiət etmək xidmətindən istifadə edərək uşağı nənəsinin yanına göndəriblər.
Uşaq nənəsinin onu gözlədiyi Filadelfiyanın Fort Mayersə şəhərinə gəlməli idi. Lakin nənə onu hava limanında tapa bilməyib.
Məlum olub ki, daşıyıcının günahı ucbatından oğlan Orlando şəhərinə gedib çıxıb. Nənə nəvəsinə qovuşmaq üçün 250 kilometr yol qət etməli olub.
Qadın etiraf edib ki, bu, həyatındakı ən dəhşətli hadisələrdən biri olub.
“Nəvəm Orlandoya necə gedib çıxıb? Bu necə olub? Onu təyyarədən çıxarıblar? Stüardessa onu tək buraxıb? O özü səhv təyyarəyə minib?” – deyə nənə qəzəblə suallar yağıdırb.
Spirit Hava Yolları hadisəyə görə üzr istəyib və Kasperin ailəsinin itkilərini ödəyəcəyini vəd edib. Həmçinin baş verənlərlə bağlı araşdırma başlanıb.
Azpost.info