ABŞ-da çovğunda 10 nəfər ölüb

ABŞ-da çovğun nəticəsində 10 nəfər ölüb, 1 milyona yaxın ev işıqsız qalıb.

Bu barədə CNN kanalı məlumat yayıb.

Çovğun və aşağı temperatur bir milyondan çox abonentin elektrik enerjisinin kəsilməsinə səbəb olub. Əlverişsiz hava 10 nəfərin ölümünə səbəb olub.

Ən ağır vəziyyət Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb. Yollar buz bağlayıb, sahil ərazilərini dalğa vurub.

Təbii fəlakətlə əlaqədar təyyarələrin uçuşları ləğv edilib, yollar bağlanıb.

Əvvəlki məqalə

Laçın yolunda aksiya gecə boyu davam edib –

Sonrakı məqalə

Rusiyada qocalar evi yanıb –