ABŞ-da hazırlanan daşınan ev hamını təəccübləndirdi –FOTO

ABŞ-da keçirilən sərgilərdən birində memar Renzo Reanonun layihəsi ilə tikilmiş mobil ev xüsusilə diqqəti cəlb edib.

Qeyri-adi evin sahəsi 13,4 kvadratmetr olmaqla 26,9 metrədək artırıla bilər.

Yaşayış sahəsinin mərkəzi hissəsində hamam, mətbəx və yataq otağı yerləşir. Ölçülərinə baxmayaraq, mobil evi nəqliyyat vasitələri ilə istənilən yerə daşımaq mümkündür.

Mobil evin tikintisində istifadə edilən materiallar davamlılıq, möhkəmlik və əla keyfiyyəti ilə seçilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.