ABŞ-da meymunçiçəyindən ikinci ölüm qeydə alınıb

ABŞ-da meymunçiçəyindən ikinci ölüm faktı qeydə alınıb.

Yoluxmuş yaşlı kişi Kaliforniyada xəstəxanada vəfat edib. Onun şəxsiyyəti barədə məlumatlar məxfi saxlanılır.

Bununla belə, səhiyyə qurumları ölkədə yoluxmanın azaldığını bildirir.

Qeyd edək ki, ABŞ-da meymunçiçəyindən ilk ölüm avqustda qeydə alınıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.