ABŞ-da soyuq havada 80 nəfər ölüb

ABŞ-da kəskin hava şəraiti – qar, çovğun və şaxta səbəbindən 83 nəfərin öldüyü təsdiqlənib.

Bu barədə “CBS” News bildirib.

Tennessi ştatında 19 nəfər, Oreqonda 16 nəfər ölüb. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da ölüm halları var.

Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.