Rensselaer Politexnik İnstitutu (ABŞ) laboratoriyalarında təmizlik aparmaq üçün işə götürdükləri özəl şirkətin xadiməsini məhkəməyə verib.
CNN-in məlumatına görə, xadimə dondurucudan “zəhlətökən həyəcan siqnalı” eşitdikdən sonra içərisində çox bahalı, heç bir qiymətə sığmayan hüceyrə nümunələri olan soyuducunu söndürüb.
Universitetin nümayəndələri bildiriblər ki, laboratoriyadakı həmin soyuducuda 20 ildən artıq aparılan tədqiqatların məlumatları saxlanılıb. Hətta temperaturun 3 dərəcə dəyişməsi kameradakı nümunələrə fəlakətli ziyan vura bilər.
Tədqiqatçılar tələb olunan -44 dərəcədən -3,5 dərəcəyə yüksələn temperatur nəticəsində elmi materiallarının çoxunun məhv edildiyini aşkar ediblər. İnstitut təmizlik şirkətini məhkəməyə verib. Dəymiş ziyanın ümumi məbləği bir milyon dollardan çox təşkil edib.
Azpost.info