ABŞ-ın “Tesla” şirkətinin mühəndisi 2021-ci ildə robot hücumu nəticəsində yaralanıb.
Azpost.info bildirir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.
Nəşrin məlumatına görə, insident nasazlıq səbəbindən baş verib.
“Texasda şirkətin fabrikasında qanlı qəza zamanı robot Tesla mühəndisinə hücum edib”, – deyə nəşrdə deyilir.
Qəzet baş verənlərin təfərrüatlarını öyrənib. Mühəndis “Tesla” avtomobilinin alüminium hissələrini hərəkət etdirmək üçün hazırlanmış robot tərəfindən “tutulub”. Nəticədə işçi açıq yara alıb. Robot istehsal sahəsini onun qanına boyayıb.
Tesla-nın Texasdakı işçilərini təmsil edən vəkil Hanna Alexander deyib ki, şirkət insidentlərin sayını azaldıb.
Onun sözlərinə görə, bu, vergi güzəştləri əldə etmək üçün edilir. Vəkil zavodun tikintisi zamanı işçilərdən birinin istilik zərbəsi nəticəsində dünyasını dəyişdiyini bildirib.
Daha əvvəl bildirilmişdi ki, Tesla insanabənzər robotun təkmilləşdirilmiş versiyasını təqdim edib. Yeni model Optimus Gen 2 adlanır.
Azpost.info